UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab qarşılaşmaları çərçivəsində "Qarabağ" doğma meydanda "Tvente"ni qəbul edəcək. Sport24.az xəbər verir ki, ilk oyunda 1:0 hesablı qələbə qazanan Ağdam təmsilçisi bu matçın hazırlıqlarını "Azərsun Arena"da davam etdirir.

 

Qeyd edək ki, cavab qarşılaşması avqustun 27-si saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.