"Sabah"ın Çempionlar Liqasının Liqa mərhələsində ev oyunlarını keçirəcəyi stadion məlum olub. Azərbaycan çempionu rəqiblərini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.


Bu barədə Sport24.az-a klubun mətbuat katibi Elnur Həmidov məlumat verib.


Qeyd edək ki, "Sabah" tarixində ilk dəfə Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq.