"Gəncə" iki voleybolçu ilə müqavilə imzalayıb. Sport24.az xəbər verir ki, bu barədə "sarı-göylər"in mətbuat xidməti məlumat yayıb.
Nizami yurdunun təmsilçisi Hayat Matuk ilə müqavilənin müddətini uzadıb. Zarina Namazova isə heyətə cəlb olunub.
Qeyd edək ki, hər iki voleybolçu ilə anlaşma qarşıdakı mövsüm üçün nəzərdə tutulub.