"Everton"un hücumçusu Beto "Fiorentina"nın maraq dairəsinə düşüb. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikoli skira sosial media hesabında paylaşım edib.
"Bənövşəyilər" əvvəllər "Yuventus"un maraq dairəsində olan 28 yaşlı futbolçu üçün mübarizəyə qoşulub.
Beto artıq A Seriyasında oynamaq təcrübəsinə malikdir. O, 2021-ci ildən 2023-cü ilə qədər "Udineze"nin formasını geyinib.
Qeyd edək ki, Beto ötən mövsüm 40 matçda iştirak edib, 10 qol vurub və 1 məhsuldar ötürmə edib.