"Mançester Siti" "Palmeyras"ın hücumçusu Allan Eliasla müqavilə imzalamağa yaxındır. Sport24.az xəbər verir ki, bu barədə "The Athletic" portalının əməkdaşı David Ornsteyn məlumat yayıb.
Klublar 37,5 milyon avro birdəfəlik ödəniş və əlavə 2,5 milyon avro bonusa transferi razılaşıblar.
Lakin "Mançester Siti" 22 yaşlı braziliyalı futbolçunun müqaviləsinin müddəti ilə bağlı danışıqları davam etdirir. O, 93,3 milyon avro + 5,7 milyon avro bonusa "Tottenhem"ə keçməyə yaxın olan Savinyonu əvəz edəcək.