"Yuventus"un yarımmüdafiəçisi Kənan Yıldız A Seriyasının 1-ci turunda "Frosinone" üzərində 1:0 hesablı qələbə qazandıqları oyunda ciddi zədə alıb. Sport24.az xəbər verir ki, bu barədə "Tuttosport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, 21 yaşlı türkün sol ayağında sınıq diaqnozu qoyulub. Müayinə zamanı onun əməliyyat olunmalı olduğu məlum olub. Yıldızın sağalmasının təxminən üç ay çəkəcəyi gözlənilir.
Qeyd edək ki, Yıldız 2025/26 mövsümündə bütün turnirlərdə 47 oyunda iştirak edib, 11 qol vurub və 10 məhsuldar ötürmə edib. Onun Turin klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayının sonuna qədərdir.