"Yuventus" cari "transfer pəncərəsi"ndə heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosil şəbəkə hesabında paylaşım edib.
Mənbənin sözlərinə görə, madrid "Atletiko"sundan Aleksandr Sörlot və "Kristal Palas"ın oyunçusu Jan-Filip Mateta Turin təmsilçisinin əsas transfer hədəfidir.
Jan-Filip Mateta ötən mövsüm "Kristal Palas"ın heyətində bütün turnirlərdə 50 oyun keçirib, 16 qol vurub və 3 məhsuldar ötürmə edib. O, həmçinin Konfrans Liqasının finalında "Rayo Valyekano"ya qarşı matçda qələbə qolunun müəllifi olub.
Sörlot isə "Atletiko"nun heyətində bütün turnirlərdə 53 oyun keçirib, 20 qol vurub və bir məhsuldar ötürmə edib.