"Neftçi"nin sabiq futbolçusu Keysuke Honda karyerasını Sinqapurda davam etdirəcək. Sport24.az xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi "Juronq"a keçib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Honda ilə 1 illik müqavilə imzalanıb.

 

40 yaşlı futbolçu 2021-ci ilin martından iyuluna kimi "Neftçi"nin formasını geyinib. O, "ağ-qara" formada 7 oyunda 2 qol vurub. Honda paytaxt təmsilçisi ilə Aərbaycan Premyer Liqasının qalibi olub.