Cari mövsüm avrokuboklarda keçirdiyi oyunlarda beş qələbə qazanan üç komanda müəyyənləşib. Sport24.az-ın məlumatına görə, həmin kollektivlərdən biri də Azərbaycan təmsilçisi "Sabah"dır.
Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda indiyədək UEFA Çempionlar Liqasında 7 matça çıxıb. "Bayquşlar" bu görüşlərin 5-də qalib gəlib, 2-də isə meydanı məğlub tərk edib.
Beş qələbə qazanan digər iki komanda isə UEFA Avropa Liqasında mübarizə aparır. Türkiyənin "Beşiktaş" klubu turnirdə keçirdiyi 5 oyunun hamısından qalib ayrılıb. Macarıstanın "Ferentsvaroş"u isə 5 qələbə ilə yanaşı, 2 heç-heçə də edib.
Beləliklə, "Sabah" Avropanın klub turnirlərində bu mövsüm ən çox qələbə qazanan komandalar sırasında yer alıb.
Xatırladaq ki, "Sabah" bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxacaq. "Bayquşlar" İsrailin "Hapoel" (Beer-Şeva) klubu ilə üz-üzə gələcək. Azərbaycan təmsilçisi ilk oyunda 1:2 hesabı ilə uduzub.