"Bornmut" "Yuventus"un qapıçısı Mişel Di Qreqorionu transfer edib. Sport24.az xəbər verir ki, bu barədə İngiltərə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

 

29 yaşlı qapıçının icarə müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Bundan sonra isə o, dörd illik müqaviləyə imza atacaq.

 

 "Marsel"in də Mişellə maraqlandığı bildirilirsə də, qolkiper karyerasını Premyer Liqada davam etdirməyə üstünlük verib.

 

Qeyd edək ki, 29 yaşlı qapıçı ötən mövsüm bütün turnirlərdə 37 oyun keçirib, 36 qol buraxıb və 17 dəfə qapısını toxunulmaz saxlayıb.