"Napoli" hücum xəttini gücləndirmək üçün "Çelsi"nin 20 yaşlı hücumçusu Mark Giu ilə maraqlanır. Sport24.az xəbər verir ki, bu barədə "La Gazzetta Dello Sport" məlumat yayıb.

Mənbənin sözlərinə görə, ispaniyalı futbolçu London klubunda kifayət qədər oyun şansı qazanmadığı üçün "Napoli" yə keçməyə müsbət yanaşır.

Qeyd edək ki, Neapol təmsilçisi Noa Lanqın komandadan ayrılması halında Mark Giunu transfer etməyi planlaşdırır.