UEFA Konfrans Liqasının pley-off mərhələsində "Qarabağ" və "Tvente" (Niderland) futbol klubları arasında keçiriləcək cavab oyununun başlamasına bir saat qalmış stadionun kassalarında bilet satışı dayandırılacaq. Sport24.az xəbər verir ki, bu barədə "atlılar"ın mətbuat xidməti məlumat yayıb.

 

Qərar oyunöncəsi hazırlıq və təşkilati işlərin tam şəkildə həyata keçirilməsi, eləcə də azarkeşlərin stadiona rahat və təhlükəsiz girişinin təmin olunması məqsədilə qəbul edilib.

 

Avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" – "Tvente" qarşılaşması saat 20:00-da start götürəcək.