Şəhriyar Əliyevin yeni klubu bəlli oldu. Ötən mövsümün sonunda "Turan Tovuz"dan ayrılan təcrübəli müdafiəçi MOİK-lə anlaşıb.

Bu barədə məlumatı Sport24.az-a komandanın baş məşqçisi İlham Yadullayev verib. "Hərbçilər" Tovuz təmsilçisinin sabiq kapitanı ilə 1 illik müqavilə imzalayacaq.

Qeyd edək ki, millimizin sabiq üzvü son olaraq 2022-ci ildən "Turan Tovuz"un formasını geyinib və komandanın kapitanı olub.