Azərbaycan millisinin sabiq futbolçusu Amil Yunanov futbolçu karyerasını başa vurmağa hazırlaşır. Sport24.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı futbolçu bu ilin iyulunda "Şirvan"la müqavilə imzalasa da, futbolçu karyerasını davam etdirməkdənsə, məşqçilik fəaliyyətinə başlamağı planlaşdırır.
Belə ki, hücumçu yaxın zamanda butslarını asaraq məşqçi kimi fəaliyyət göstərməyə hazırlaşır. Yunanovun məşqçi kimi harda çalışacağı isə hələlik məlum deyil.
Qeyd edək ki, Yunanovun son klubu "Mingəçevir" olub.