"Ayntraxt"ın hücumçusu Elye Vai yeni mövsümü icarə əsasında "Nitsa"da keçirəcək. Sport24.az xəbər verir ki, bu barədə Fransa klubunun mətbuat xidməti məlumat yayıb.

 

23 yaşlı futbolçu 2025-ci ilin yanvarında "Marsel"dən Almaniya klubuna transfer olunub. O,  2025/26 mövsümünü də icarə əsasında "Nitsa"da keçirib. O, bu komandada 33 oyunda 10 qol vurub 5 beş məhsuldar ötürmə edib.

 

Qeyd edək ki, futbolçunun Almaniya klubu ilə müqaviləsi 2030-cu ilin yayına qədərdir.

"Transfermarkt" portalı Fil Dişi Sahili millisinin oyunçusunun transfer dəyərini 18 milyon avro qiymətləndirir.