"Gəncə" basketbol klubu Montavius Mörfini heyətinə cəlb edib. Sport24.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
206 sm boya malik amerikalı basketbolçu ilə növbəti mövsümü əhatə edəcək müqavilə imzalanıb.
Qeyd edək ki, 25 yaşlı forvardın sonuncu klubu Bolqarıstan təmsilçisi "Minyor" olub.