2026/2027 mövsümünün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin dünən keçirilən üç cavab oyunundan sonra Liqa mərhələsinə yüksələn 3 komandanın adı müəyyənləşib. Sport24.az xəbər verir ki, LASK (Avstriya) "Seltik"i (Şotlandiya) (0-3, 5-1); Bodo-Qlimt (Norveç) "NEC Nijmegen"i (Niderland), Sabah (Azərbaycan) isə "Hapoel) (Beer-Şeva"nı (İsrail) məğlub edib (1-2, 5-2).
Bununla da Çempionlar Liqasının Liqa mərhələsində çıxış edəcək 36 komandadan 32-si müəyyənləşib:
"Arsenal", "Mançester Siti", "Mançester Yunayted", "Aston Villa", "Liverpul" (hamısı İngiltərə), "Barselona", "Real", "Villarreal", "Atletiko" (Madrid), Betis (hamısı İspaniya), "İnter", "Napoli", "Roma", "Komo" (hamısı İtaliya), "Bavariya", "Borussiya" (Dortmund), "RB Leypsiq", "Ştutqart" (hamısı Almaniya), PSJ, "Lans", "Lill" (hamısı Fransa), "PSV Eyndhoven", "Feyenoord" (hər ikisi Niderland), "Porto", "Sportinq" (hər ikisi Portuqaliya), "Brugge" (Belçika), "Slaviya Praqa" (Çexiya), "Qalatasaray" (Türkiyə), "Şaxtyor" (Donetsk, (Ukrayna), "Bodo-Qlimt (Norveç), "Sabah" (Azərbaycan), LASK (Avstriya).