"Yuventus" qapıçı Kamil Qrabaranın transferi üçün "Volfsburq"la razılığa gəlib. Polşalı qapıçı "qoca sinyora"ya 12 milyon avroluq transfer seçimi ilə icarəyə veriləcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Florian Plettenberq sosial şəbəkə hesabında paylaşım edib.

 

Mənbənin özlərinə görə, Qrabaranın transferində əvvəllər "Yuventus"da oynamış həmkarı, polşalı qapıçı Voyçex Şçesni vasitəçi olub. 

 

Qeyd edək ki, Turin klubu bu yay "Tottenhem"in qapıçısı Quqlielmo Vikarionu icarəyə götürüb. Bu arada, Turin klubu qolkiperi Mişel Di Qreqorionu "Bornmut"a icarəyə verib. Daha bir "çərçivə qoruyucusu" Mattia Perin isə "Palermo"ya keçməyə yaxındır.