Türkiyənin "Beşiktaş" klubu yarımmüdafiəçi Jan Onana ilə yollarını ayırıb. Sport24.az xəbər verir ki, bu barədə İstanbul klubunun rəsmi saytı məlumat yayıb.
Kamerun milli komandasının üzvü ilə klub arasında olan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, "Beşiktaş" Jan Onananı 2032-cü ilin yayında "Lans"dan 4 milyon avroya transfer etmişdi. 26 yaşlı dayaq yarımmüdafiəçisi 2025/26 mövsümündə icarə əsasında "Cenoa"da çıxış edib.