"Sportinq"in hücumçusu Luis Suares "Nottingem Forest" kçə bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.

 

İngiltərə klubu hücum xəttini gücləndirə biləcək 28 yaşlı futbolçu ilə bağlı danışıqlara başlayıb.

 

Bir müddət əvvəl hücumçunun "Fənərbaxça" ilə müqavilə imzaladığı bildirilirdi. Lakin Türkiyə klubu son anda bu transferdən imtina edib.

 

Qeyd edək ki, Suares ötən mövsüm bütün turnirlərdə 53 oyun keçirib, 38 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb. Hücumçu 2026/27 mövsümündə isə üç oyunda meydana çıxıb və bir qol vurub.