"Beşiktaş" Leverkuzen "Bayer"inin hücumçusu Ernest Pokunun transferi ilə bağlı razılığa gəlib. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb.

İstanbul təmsilçisi 23 yaşlı futbolçunu ilkin olaraq icarə əsasında heyətinə qatacaq.

Razılaşmada Pokunun transfer hüquqlarını almaq üçün satınalma bəndi də yer alır. Niderlandlı hücumçu ilə müqavilənin müddəti 2031-ci ilin iyununa qədər nəzərdə tutulub.

Qeyd edək ki, Ernest Poku müqavilə üçün sabah İstanbula yollanacaq.