"Tvente" UEFA Konfrans Liqası pley-off mərhələsinin cavab oyunu çərçivəsində Bakıda "Qarabağ"ın qonağı olacaq. Sport24.az xəbər verir ki, Niderland klubu qarşılaşma üçün Bakıya yola düşüb.

 

Enşede təmsilçisinin heyətində üç itki var. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Stav Lemkin, Sam Lammers və Kristian Hlinsson komandaya kömək edə bilməyəcək. Bu futbolçular zədəlidir.

 

Qeyd edək ki, "Qarabağ" - "Tvente" matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və saat 20:00-da start götürəcək. Komandalar arasında Niderlandda baş tutan ilk görüş Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.