"İnter"in yarımmüdafiəçisi Kristian Asllani "Əl-Cəzirə"yə keçməyə hazırdır. BƏƏ klubunun nümayəndələri artıq 24 yaşlı futbolçu ilə ortaq məxrəcə gəliblər və hazırda "nerazzurri" ilə danışıqlar aparırlar. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Asllani 2022-ci ildə icarə əsasında "Empoli"dən "İnter"ə keçib və bir il sonra Milan klubu onu birdəflik transfer edib. Onun klubla mövcud müqaviləsi 2028-ci ilin yayına qədərdir.
Qeyd edək ki, Asllani 2025/26 mövsümünün ilk yarısını icarə əsasında "Torino"da keçirib (16 oyun), daha sonra isə "Beşiktaş"a keçib (17 oyun, 2 qol, 2 məhsuldar ötürmə).