UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Sport24.az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda növbəti qarşılaşmalar baş tutub.

 

"Sabah" öz meydanında İsrailin "Hapoel" (Beer-Şeva) klubunu qəbul edib. Əsas vaxtı 3:2 (ümumi 4:4) başa çatan matçın əlavə vaxtında daha 2 qol vuran təmsilçimiz 5:2 hesabı ilə qələbə qazanaraq ümumi hesabda (6:4) rəqibini üstələyib.

 

Digər görüşdə "Bodo-Qlimt" klubu "Neymegen"i 3:0 hesabı ilə məğlub edib (ümumi 6:1). LASK isə "Seltik"lə dramatik oyunda əlavə vaxtda 5:1 hesabı ilə zəfər çalaraq mərhələ adlayıb (ümumi 5:4).

 

Qeydə alınan nəticələr:

 

UEFA Çempionlar Liqası

 

Pley-off mərhələsi, cavab oyunları

 

25 avqust

 

Sabah – Hapoel (Beer-Şeva) 5:2 (İlk oyun – 1:2)

 

Bodo-Qlimt – Neymegen 3:0 (İlk oyun – 3:1)


LASK – Seltik 5:1 (İlk oyun – 0:3)