UEFA Çempionlar Liqasının pley-off mərhələsinin "Sabah" – "Hapoel" (Beer-Şeva) oyunundan (5:2) sonra qonaq komandanın baş məşqçisi Ran Kojuk jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis media nümayəndələri ilə görüşdə bunları dedi:

 

– Məğlubiyyəti necə dəyərləndirirsiniz?

 

– Çətinliklərimiz var idi. Bu, nəticədə özünü göstərdi.

 

– Fiziki

hazırlıq hansı səviyyədə idi?
– Kifayət qədər hazırlaşmışdıq. Bilirik ki, meydanda bəzən şans da özünü göstərir. Oyuna ciddi hazırlaşmışdıq. İrəli baxmalı, qarşıdakı matçlara hazır olmalıyıq

 

– Matçda hansı çatışmazlıqları qeyd edərdiniz?


– Nəyisə xüsusi qeyd etməzdim.

 

 

– Migel Vitorun zədələnməsi matça necə təsir etdi?


– Futbolda belə hallar olur. Bəzən istəmədiyin ssenarilərlə qarşılaşırsan.

 

Bundan sonrakı düşüncələriniz nədir?


– Qarşıdakı matçlara daha güclü hazırlaşacağıq. Nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Düzdür, bugünkü məğlubiyyət ürəkaçan olmadı. Ancaq dayanmaq lazım deyil, irəli baxmalıyıq. Bugünkü matçda neqativlərlə yanaşı, pozitivləri də qeyd etməliyik. Bu mərhələyə qədər gəlməyimiz də uğurdur. Bunlar da futbolun bir hissəsidir.