Oğuz, Tovuz və Şəki rayonlarından seçilmiş 11 perspektivli uşaq paytaxt Bakıya dəvət alıb. Sport24.az xəbər verir ki, onlar 2026-cı ilin mart və aprel aylarında baş tutan istedadlı uşaqların aşkarlanması layihəsi çərçivəsində fərqlənənlərdir.

 

Avqustun 25-dən 30-dək davam edəcək toplanış müddətində iştirakçılar bir sıra fiziki və texniki sınaqlardan, eləcə də qiymətləndirmə mərhələlərindən keçəcəklər.

 

Sınaqların yekununda aralarından ən bacarıqlı və gələcəyi parlaq olanlar seçilərək onların inkişaf perspektivləri müəyyənləşdiriləcək.