"Sabah"ın UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki raqiblərinin bəlli olacağı vaxt dəqiqləşib. Sport24.az xəbər verir ki, turnirin püşkatma mərasimi avqustun 27-də Monakoda təşkil olunacaq.

 

Tədbir Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

 

Püşkatma zamanı Liqa mərhələsində mübarizə aparacaq 36 komandanın rəqibləri bəlli olacaq.


Mərhələ çərçivəsində "Sabah" 8 müxtəlif kollektivlə üz-üzə gələcək. Ölkə çempionu bu matçların 4-ünü doğma meydanda, 4-ünü isə səfərdə oynayacaq. Liqa mərhələsinin ilk turunun qarşılaşmaları 8–10 sentyabr tarixlərində baş tutacaq.