"Fənərbaxça"nın müdafiəçisi Ceyden Oostervoldenin "Roma"ya transferi baş tutmayıb. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media hesabında paylaşım edib.
Oyunçu müqavilə bağlanmazdan əvvəl tibbi müayinədən keçə bilməyib. Oostervolde Türkiyə klubuna qayıdacaq.
"Roma" bir neçə gün öncə müdafiəçinin icarəsi ilə bağlı şifahi razılığa gəlmişdi. Müqavilədə həmçinin 18 milyon avroluq transfer seçiminin də olması planlaşdırılırdı ki, bu da müəyyən şərtlər yerinə yetirilərsə, məcburi hala gələ bilərdi.
Qeyd edək ki, 25 yaşlı niderlandlı mərkəz müdafiəçisi 2023-cü ilin yanvarından İtanbul klubunun formasını geyinir. O, ötən mövsüm bütün turnirlərdə 47 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Oostervolde 2026/27 mövsümündə üç oyunda meydana çıxıb.