"Mançester Siti" "Everton"un hücumçusu İlman Ndiayeni transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb

İngiltərə klubu Savinyonun "Tottenhem"ə 75 milyon funt-sterlinqə satılmasından sonra hücum xəttini gücləndirmək üçün 25 yaşlı seneqallını əsas namizədlərdən biri kimi müəyyənləşdirib.

"Everton" isə Ndiayenin transferindən təxminən 80 milyon funt-sterlinq qazanmağı gözləyir. Seneqal millisinin üzvü 2029-cu ilə qədər Liverpul təmsilçisi ilə müqaviləyə malikdir.