Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Bakıda təşkil olunan Avropa çempionatının C qrupunda bu gün sonuncu oyununa çıxacaq. Sport24.az xəbər verir ki, yığmamız Niderlandla üz-üzə gələcək.

 

Qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.

 

Qrupun digər matçında isə Rumıniya İspaniya millisi ilə qarşılaşacaq. 

 

Qeyd edək ki, bu gün baş tutacaq oyunlarla C qrupunda mübarizəyə yekun vurulacaq. Aktivində 13 xal olan Belçika liderdir. Niderland 9 xalla ikinci, Azərbaycan 8 xalla üçüncüdür. Portuqaliyanın 5, Rumıniyanın 3, İspaniyanın 1 xalı var.