Hücumçu Reyss Nelson "Arsenal"dan ayrılıb. Sport24.az xəbər verir ki, bu barədə "topçular"ın mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. "The Athletic" portalının əməkdaşı David Ornşteynin sözlərinə görə, 26 yaşlı ingilisin müqaviləsi 2027-ci ilə qədər qüvvədə idi və daha bir uzadılması ilə bağlı razılıq əldə olunmuşdu. 

 

Qeyd edək ki, Nelson 2007-ci ildən "Arsenal"da çıxış edirdi. O, London klubu ilə FA Kubokunu və iki dəfə İngiltərə Superkubokunu qazanıb.