"Napoli" "Nyukasl"ın hücumçusu Nik Voltemadanı icarəyə götürə bilər. Sport24.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrisio Romano sosial media hesabında pylaşım edib.
Neapol klubu 24 yaşlı alman futbolçunun keçidi ilə bağlı artıq İngiltərə klubuna müraciət edib. "Nyukasl" razılaşarsa, İtaliya klubu hücumçunu götürəcək.
"Napoli" həmçinin "Çelsi"nin futbolçusu Mark Giyunun da transferini da nəzərdən keçirir. Qeyd olunur ki, 20 yaşlı ispan futbolçunun keçidini həll etmək italyanlara daha asan başa gələ bilər.
Qeyd edək ki, "Napoli" Çempionlar Liqasının Liqa mərhələsində təmsilçimiz "Sabah"ın rəqibi olacaq.