UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab oyunları keçirilib. Sport24.az xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda növbəti qarşılaşmalar baş tutub.
Gecənin ən dramatik qarşılaşmalarından birində Çexiyanın "Viktoriya" (Plzen) klubu doğma azarkeşləri önündə Serbiyanın "Srvena Zvezda" komandasını qəbul edib. İlk matçda 0:3 hesabı ilə məğlub olan meydan sahibləri geri dönüşə imza ataraq əsas vaxtı 3:0 (ümumi 3:3) bitirib, əlavə olunmuş vaxtda daha 2 qol vurmaqla 5:1 hesabı ilə qələbə qazanıb və mərhələ adlayıb (ümumi 5:4).
Türkiyə təmsilçilərindən "Beşiktaş" səfərdə "Kauno Jalgiris"ə 0:1 hesabı ilə uduzsa da, ilk matçdakı üçqolluq üstünlük sayəsində mərhələ adlayan tərəf olub. "Trabzonspor" isə Macarıstanda "Ferentsvaroş"a müqavimət göstərə bilməyərək 0:3 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.
Qeydə alınan nəticələr:
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab oyunları
27 avqust
Ararat-Armeniya – U. Krayova 1:0 (İlk oyun – 1:1)
İberiya – Yagelloniya 1:2 (İlk oyun – 0:4)
Viktoriya (Plzen) – Srvena Zvezda 5:1 (İlk oyun – 0:3)
Kauno (Jalgiris) – Beşiktaş 1:0 (İlk oyun – 0:3)
Lillestryom – Eqnatiya 2:1 (İlk oyun – 0:0)
Omoniya – Sent-Trüyden 4:2 (İlk oyun – 0:1)
RB Zalsburq – Myallbyu 3:0 (İlk oyun – 1:0)
OAX – Benfika 1:3 (İlk oyun – 1:3)
ÇSKA (Sofiya) – OFİ 0:2 (İlk oyun – 0:3)
Ferentsvaroş – Trabzonspor 3:0 (İlk oyun – 1:0)
Anderlext – Kayrat 3:0 (İlk oyun – 3:0)