APL Fantasy-də mövsümün 2-ci turunun qalibi müəyyənləşib. Sport24.az xəbər verir ki, kinci turun qalibi 92 xal toplayan Məmməd İmanov olub.

 

Turun qalibi Məmməd İmanov əldə etdiyi nəticəyə görə AFFA və APL Fantasy-nin tərəfdaşı "Euroacs" şirkəti tərəfindən mükafatlandırılıb.

 

Qeyd edək ki, APL Fantasy iştirakçılarına Azərbaycan Premyer Liqasının real futbolçularından virtual komanda formalaşdırmaq, hər turun nəticələrinə uyğun xal toplamaq və digər futbolsevərlərlə rəqabət aparmaq imkanı yaradır. 16 000-dən çox iştirakçının yer aldığı ən böyük liqa – APL Fantasy Liqasında birinci pillənin sahibləri 33 turun hər birinin yekununda mükafatlandırılacaq.

 

Qeyd edək ki, APL Fantasy-də artıq 450-dən çox liqa yaradılıb. İstifadəçilər müxtəlif liqalara qoşularaq dostları, həmkarları, digər futbolsevərlər və müxtəlif təşkilatların yaratdığı komandalarla rəqabət apara bilirlər. Mövsümün sonunda isə APL Fantasy iştirakçılarını daha böyük mükafatlar gözləyir. Əsas mükafat qaliblərdən biri üçün xüsusi futbol təcrübəsi –

 

Azərbaycan milli futbol komandası ilə birlikdə komandanın rəsmi səfər oyunlarından birinə iki nəfərlik səfər olacaq.

 

AFFA bütün futbolsevərləri APL Fantasy-yə qoşulmağa, öz virtual komandalarını qurmağa və 33 tur ərzində mübarizəyə davam etməyə dəvət edir.