Bakının ev sahibliyi etdiyi voleybol üzrə Avropa çempionatının C qrupunda daha bir qarşılaşma baş tutub. Sport24.az xəbər verir ki, günün açılış oyununda Belçika və Niderland seçmə komandaları üz-üzə gəlib.     Milli Gimnastika Arenasında təşkil olunan gərgin görüş Belçika voleybolçularının üstünlüyü ilə yekunlaşıb – 3:2.     Bu zəfər sayəsində C qrupunun birincisi olan Belçika xallarını 13-ə çatdırıb. Niderland yığması isə 9 xalla 2-ci pillədə yer alıb.     Günün ikinci duelində saat 18:30-da Portuqaliya və Rumıniya komandaları münasibətlərə aydınlıq gətirəcək. Xatırladaq ki, C qrupunun oyunlarına avqustun 28-dək Bakıda yekun vurulacaq.