Transfer çalışmalarını davam etdirən "Qarabağ" növbəti futbolçu keçidini gerçəkləşdirib. Klubdan verilən məlumata görə, almaniyalı hücumameyilli yarımmüdafiəçi Reda Xadranın transferi ilə bağlı Fransanın "Reyms" klubu ilə danışıqlar uğurla yekunlaşıb.

 

Vingerlə 2+1 illik müqavilə imzalanıb. O, Ağdam təmsilçisinin heyətində 10 nömrəli formanı geyinəcək.

 

25 yaşlı futbolçu Dortmund "Borussiya"sının yetirməsidir. 2021-ci ildə bu klubdan "Brayton"a keçən Xadra "Birmingem", "Seffild Yunayted" və "Blekbern"də də forma geyinib. "Reyms"ə 2023-cü ildə transfer olunan oyunçu "Havr"da da çıxış edib. O, Almaniyanın U-18 və U-21 milli komandalarının şərəfini qoruyub.

 

Qeyd edək ki, Reda Xadra yay transfer pəncərəsində "Qarabağ"ın 9-cu transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa, Martin Zlomisliç, Renaldo Sefas, Bense Varkonyi və Cebrail Makreçkis komandaya qoşulub.