II Liqada mübarizə aparacaq "Şəmkir" heyətini yeni oyunçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi Ruslan Allahverdiyevi transfer edib.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yarımmüdafiəçi ilə bir illik müqavilə imzalanıb.

 

30 yaşlı futbolçu son olaraq Region Liqasında "Rekord" klubunun formasını geyinib. "Neftçi"nin yetirməsi olan Allahverdiyev karyerası ərzində "Dirçəliş", "Topçular" və digər klublarda da çıxış edib.