"Arsenal" "Atletiko"nun hücumçusu Xulian Alvaresi transfer etmək üçün mübarizəni davam etdirir. Sport24.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

26 yaşlı argentinalı futbolçu ardıcıl ikinci gündür Madrid klubunun məşqinə qatılmayıb. Alvaresin "Barselona"ya keçmək istədiyi bildirilsə də, "Atletiko" onu kataloniyalılara satmaqdan imtina edir.

Bu vəziyyət "Arsenal"ın şanslarını artırıb. Mikel Artetanın Alvaresi heyətində görmək istədiyi və London klubunun onun transferi üçün təxminən 150 milyon avro təklif edə biləcəyi qeyd olunur.

Alvares 2024-cü ildə "Mançester Siti"dən "Atletiko"ya keçib. Argentinalı hücumçu Madrid klubunun heyətində keçirdiyi 107 oyunda 49 qol vurub.