"Eskaldes" klubu Konfrans Liqasında əsas mərhələyə yüksəlib. Sport24.az xəbər verir ki, bu, Andorra futbolu tarixində ilkdir.

 

Ölkə ilk dəfə avrokuboklarda əsas mərhələdə təmsil olunacaq.

 

"Eskaldes" Konfrans Liqasının pley-off mərhələsində Kosovo təmsilçisi "Drita"nı üstələyib. Hər iki oyunda əsas vaxta heç-heçə qeydə alınıb. Cavab görüşünün penaltilər seriyasında dəqiq oynayan andorralılar adını əsas mərhələyə yazdırıb.