"İpsviç" Leverkuzen "Bayer"inin yarımmüdafiəçisi Esekiel Palasiosu transferi edib. Sport24.az xəbər verir ki, bu barədə İsgiltərə klubunun mətbuat xidməti məlumat yayıb.

 

Tərəflər 2030-cu ilin yayına qədər müqavilə imzalayıblar. "Transfermarkt"ın məlumatına görə, bu keçid ingilislərə 22,5 milyon avroya başa gəlib.

 

Palasios ötən "Bayer"də 25 oyun keçirib və bir məhsuldar ötürmə ilə yadda qalıb. 

 

Qeyd edək ki, 27 yaşlı yarımmüdafiəçi Argentina millisinin heyətində DÇ-2026-da bir oyunda iştirak edərək gümüş medal qazanıb.