İtaliya millisinin baş məşqçisi Roberto Mançini heyəti gücləndirmək üçün xaricdə çıxış edən italyan futbolçuları nəzərdən keçirir. Sport24.az xəbər verir bu barədə "La Gazzetta Dello Sport" məlunat yayıb.
Baş məşqçinin əsas namizədləri "Roma"nın müdafiəçisi Alessandro
Romano və "Brügge"nin hücumçusu Nikkolo Tresoldidir. Hər iki futbolçu İtaliya millisində çıxış etməyə razılıq verib və milli komanda dəyişikliyi ilə bağlı prosedura artıq başlayıb.
Romano italyan valideynlərdən dünyaya gəlsə də, indiyədək İsveçrənin aşağı yaş qruplarında, o cümlədən U-20 millisində çıxış edib. Yeni qaydalara əsasən, milli komanda seçimini dəyişməsi təsdiqlənərsə, bu qərar onun üçün yekun olacaq.
22 yaşlı Tresoldi isə Almaniyanın U-21 millisində oynayıb. Buna baxmayaraq, hücumçu İtaliya millisində çıxış etmək qərarına gəlib.
Mançinin digər hədəfi isə "Udineze"nin 18 yaşlı müdafiəçisi Matteo Palmadır. Almaniya vətəndaşı olan Palma daha əvvəl İtaliyanın U-15, daha sonra isə Almaniyanın U-17 millisində çıxış edib. İtaliya Futbol Federasiyası onunla bağlı da danışıqlara başlayıb.
İtaliya millisinin planına əsasən, Romano və Tresoldinin sənədlərinin FIFA tərəfindən qısa müddətdə təsdiqlənməsi və onların sentyabrın 18-də Millətlər Liqası oyunları üçün heyətə dəvət olunması gözlənilir. Palma isə zədə səbəbindən sentyabr toplanışını buraxa bilər.