"Şahdağ Qusar" yeni mövsüm heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir. Sport24.az xəbər verir ki, bölgə təmsilçisi Əlcəzair əsilli fransalı hücumçu Idir Boutrifi heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 1 illik sözləşmə imzalanıb.
Idirin son klubu Lüskemburqun "Kaerjeng" klubu olub. O, 2023-cü ildən çıxış etdiyi Premyer Liqa təmsilçisinin heyətində 61 oyunda 28 dəfə fərqlənməyi bacarıb.
"Şahdağ Qusar" yeni mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq.