"Selta"nun yarımmüdafiəçisi İlaix Moriba yay transfer pəncərəsi başa çatmamış komandadan ayrıla bilər. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano məlumat yayıb
Mənbənin sözlərinə görə, 23 yaşlı futbolçunun ilkin olaraq icarəyə göndərilməsi gündəmdədir. Moriba üçün bir neçə klub danışıqlar aparıb. Türkiyə təmsilçisi "Beşiktaş" da "Yuventus"dan Filippo Mirettini transfer etməzdən əvvəl futbolçu ilə maraqlanıb. Bundan başqa, Fransa Liqa 1-dən bir klubun da Moriba üçün danışıqlar apardığı bildirilir.
Qeyd edək ki, Qvineyalı futbolçu ötən mövsüm "Selta"nın heyətində 48 rəsmi matçda 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.