Türkiyənin "Qalatasaray" klubu növbəti transferini yekunlaşdırıb. Sport24.az xəbər verir ki, İstanbul nəhəngi "Milan"da çıxış edən Rafael Leaonun keçidini həll edib.

 

Bu barədə insayder Saşa Tavolyeri məlumat yayıb.

 

"Qalatasaray" portuqaliyalı vinger üçün İtaliya klubuna 45+5 milyon avro təzminat ödəyəcək. 27 yaşlı ön xətt oyunçusu yaxın günlərdə Türkiyəyə gedəcək və yeni klubu ilə müqavilə imzalayacaq.

 

Qeyd edək ki, "Milan" Rafael Leaonu 2019-cu ilin yayında "Lill"dən 50 milyon avroya transfer edib. Portuqaliya millisinin üzvü 2025/26 mövsümündə A Seriyası təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 10 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.