"Çelsi" futbolçusu Mamadu Sarrı icarəyə verib. Sport24.az xəbər verir ki, müdafiəçi mövsümün sonuna kimi "Real Sosyedad"da çıxış edəcək.

 

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Futbolçunun anlaşmasında satınalma bəndi də yer alır.

 

Sarr 2025-ci ildən "Çelsi"də forma geyinir. O, ötən mövsüm Fransanın "Strasburq" klubunda icarədə olub.