"Neftçi" heyətini yeni futbolçu ilə gücləndirib. Sport24.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Surinam əsilli belçikalı sağ vinger Denzel Jubitana "ağ-qaralar"ın yeni üzvüdür.

 

27 yaşlı futbolçu ilə 2 illik müqavilə bağlanıb. O, 22 nömrəli formanı geyinəcək.

 

Futbolçu ötən mövsüm sonuncu klubu "Atromitos"un heyətində meydana çıxdığı 36 matçda 5 qol, 2 assist müəllifi olub.

 

Yunanıstandan əvvəl Niderland və Belçika liqalarında çıxış etmiş Jubitana 2024-cü ildə debüt etdiyi Surinam milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.