Yeniyetmə oğlan boksçulardan ibarət Azərbaycan millisi Türkiyəyə yollanıb. Sport24.az xəbər verir ki, komandamız Rizədə təlim-məşq toplanışı keçəcək.
Məşqçilər korpusu U-17 Avropa çempionatı öncəsi son hazırlıqda 13 boksçunu yoxlayacaq. Azərbaycan, Türkiyə və Gürcüstan yığmalarının qatılacağı beynəlxalq toplanış sentyabrın 7-də yekunlaşacaq.
Qeyd edək ki, Rizədə sınaq döyüşləri də planlaşdırılır.