Bu gün UEFA Çempionlar Liqasında 2026/27 mövsümünün Liqa mərhələsinin püşkatma mərasimi keçirilir. Sport24.az xəbər verir ki, Monakoda keçirilən mərasim Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

 

Liqa mərhələsinin 36 iştirakçısı 4 səbətə bölünüb. Azərbaycan çempionu "Sabah" 4-cü səbətdə yer alıb.

 

Azərbaycan çempionu 4 oyunu evdə, 4 oyunu isə səfərdə keçirəcək. 

 

Püşkün nəticəsinə əsasən "Sabah"ın rəqibləri aşağıda adları qeyd edilən komandalar olacaq:

 

1-ci səbətdən

 

"Barselona", İspaniya (Bakıda)

"Arsenal", İngiltərə (səfərdə)

 

2-ci səbətdən

 

"Borussiya" Dortmund, Almaniya (Bakıda)

"Mançester Yunayted", İngiltərə (səfərdə)

 

3-cü səbətdən

 

"Vilyarreal", İspaniya (səfərdə)

"Napoli", İtaliya (Bakıda)

 

4-cü səbətdən

 

"Slaviya" Praqa, Çexiya (Bakıda)

"Vikinq", Norveç (səfərdə)

 

Liqa mərhələsinin oyunlarına sentyabrın 8-də start veriləcək.

 

Çempionlar Liqasının Liqa mərhələsinin tam təqvimi, oyunların tarixləri və başlama saatları isə avqustun 29-dan gec olmayaraq açıqlanacaq.