İtaliya və Almaniya milliləri arasında baş tutan görüşdə voleybolda ən uzun setə görə rekord müəyyənləşib. Sport24.az xəbər verir ki, komandalar arasında keçirilən yoldaşlıq oyununun ilk seti 130 xalla başa çatıb.
Almaniya yığması ilk seti 66-64 hesabı ilə qalib başa vurub. Lakin beş setin ardından italyanlar matçı 3-2 hesabı ilə qazanıblar.
Milli komandalar arasında əvvəlki rekord iyun ayında Argentina və Polşa arasında Millətlər Liqası matçında qeydə alınıb. Argentina ilk seti 50-48 hesabı ilə qazanıb.
Əvvəlki ən yüksək qollu set 2013-cü ildə Koreya Respublikası Çempionatında qeydə alınıb. "Korean Air Jambos" komandası "Rush & Cash" kollektivini 56-54 hesabı ilə məğlub edib.