"İnter Mayami"nin yeni baş məşqçisinin adı açıqlanıb. Sport24.az xəbər verir ki, bu posta argentinalı Kristian Alberto "Kili" Qonsales təyin olunub. Sport24.az xəbər verir ki, Bu barədə MLS klubunun mətbuat xidməti məlumat yayıb.

 

52 yaşlı mütəxəssis ABŞ-də çalışmaq üçün lazımi sənədləri aldıqdan sonra rəsmi olaraq vəzifəsinin icrasına başlayacaq.

 

Yeni məşqçi işinə başlayana qədər komandaya müvəqqəti olaraq Gilyermo Hoyos rəhbərlik edəcək.  

 

Qonsalesin son iş yeri 2025-ci ilin iyunundan oktyabrına qədər çalışdırdığı "Platensa" olub. O, əvvəllər "Rosario" və "Unión Santa Fe" klublarında da işləyib. 

 

Kili oyunçu olduğu dövrdə "İnter", "Valensiya", "San Lorenso", "Rosario", "Saraqosa" və "Boka Xuniors" klublarının formasını geyinib.